Boşandığı deyilən Silvestr Stalonne arvadı ilə əl-ələ - FOTO
20-09-2022, 18:53
8 073

Boşandığı deyilən Silvestr Stalonne arvadı ilə əl-ələ - FOTO

Hollivud ulduzu Silvestr Stallone şəxsi həyatı ilə gündəmə gəlib. 
Model həyat yoldaşı Cennifer Flavinlə ayrıldığı deyilən aktyor onunla əl-ələ görüntülənib.
Cütlüyün birlikdə fotosunu Stalonne şəxsi instaqram hesabında yayımlayıb. Silvestrin paylaşımında qızları və arvadı ilə arxiv şəkili də yer alıb. 
Aktyor həyat yoldaşı ilə olan fotosuna "Ecazkar" sözünü də yazıb. 
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Silvestrin model arvadı Cennifer 25 illik evliliyi sonlandırmaq üçün məhkəməyə müraciət etmişdi. Stallone və Flavin 1997-ci ildə ailə həyatı qurublar. Cütlüyün bu evlilikdən üç qızı var.

Oxşar xəbərlər