Xarkovda 300-dən çox yaşayış məntəqəsi ruslardan təmizlənib
20-09-2022, 18:43
7 543

Xarkovda 300-dən çox yaşayış məntəqəsi ruslardan təmizlənib

Rusiya ilə müharibənin 209-cu günündə Ukrayna kiçik, lakin simvolik qələbə ilə şərqdə Lisiçansk şəhəri yaxınlığındakı kəndi geri alıb. Bilohorivka kəndini azad etmək Rusiya prezidenti Vladimir Putinin Luqansk vilayətinə tam nəzarət etməməsi deməkdir.
Luqansk qubernatoru Serhiy Haydai bildirib ki, Bilohorivka kəndi Ukrayna silahlı qüvvələrinin tam nəzarəti altındadır. O, "Addım-addım, santimetr-santimetr bütün torpaqlarımızı işğalçılardan azad edəcəyik" -deyib.
Son 12 gündə şimal-şərqdə yerləşən Ukrayna qoşunları Xarkov vilayətində əks-hücum əməliyyatına başlayıb, 300-dən çox yaşayış məntəqəsini azad edib və rus qoşunlarını qaçmağa məcbur edib. Geri alınan ərazi Rusiya sərhədinə qədər uzanır. 

Oxşar xəbərlər