İranda "Məhsa Əmini" etirazları davam edir: 5 NÜMAYİŞÇİ ÖLDÜRÜLÜB
21-09-2022, 12:22
8 462

İranda "Məhsa Əmini" etirazları davam edir: 5 NÜMAYİŞÇİ ÖLDÜRÜLÜB

Hengaw İnsan Haqları Təşkilatı İranda əxlaq polisi tərəfindən öldürülən Əmini üçün təşkil edilən etirazlar zamanı polisin hücumu nəticəsində 5 nümayişçinin öldüyünü açıqlayıb.

İranda əxlaq polisi tərəfindən həbsdə işgəncələrə məruz qalaraq xəstəxanada dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar davam edir. Hengaw İnsan Haqları Təşkilatı etirazlar zamanı 5 nəfərin öldüyünü bildirib. İranın Kürdüstan əyalətinin Sakkız şəhərində keçirilən etiraz aksiyaları zamanı polisin hücumu nəticəsində 2 nəfərin öldüyü bildirilib. Divandərə qəsəbəsində təhlükəsizlik qüvvələrinin "birbaşa atəşi” nəticəsində iki etirazçının, Dehqulanda isə bir nəfərin həlak olduğu qeydə alınıb. Hengaw bazar ertəsi günü 75 nəfərin yaralandığını açıqladı.

Oxşar xəbərlər