Ermənistanın növbəti məscid təxribatı
3-11-2020, 19:01
246

Ermənistanın növbəti məscid təxribatı

"Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir".
 Bunu bu gün keçirilən mətbuat konfransında Prezidedntin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.

Oxşar xəbərlər