Ukrayna MN itkilərinin sayını açıqladı
23-09-2022, 22:50
8 470

Ukrayna MN itkilərinin sayını açıqladı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə itkiləri 9 min nəfərdən çoxdur.
Xarici KİV xəbər verir  ki, bu barədə müdafiə nazirinin müavini Hanna Malyar "ISLND TV" "YouTube" kanalına müsahibəsində deyib. 
Onun sözlərinə görə, Ukraynanın müharibədə itkiləri düşmənin itkilərindən qat-qat azdır və bu, Silahlı Qüvvələrin bacarığının göstəricisidir.
"Yüz minlərlə deyil. Şükürlər olsun ki, yüz minlərlə deyil. Bir neçə həftə əvvəl 9 minə yaxın rəqəm açıqlandı. Təbii ki, ölənlərin sayını tam bilmədiyimiz Mariupol var. Minlərlədir, amma birmənalı olaraq yüz minlərlə deyil... ", - deyə Malyar bildirib.

Oxşar xəbərlər