"Tarzan"ın aktrisası vəfat etdi
23-09-2022, 18:57
7 728

"Tarzan"ın aktrisası vəfat etdi

"Tarzan" filminin aktrisası Sara Şeyn 94 yaşında dünyasını dəyişib. 
Aktrisa iyulun 31-də  Avstraliyada dünyasını dəyişsə də, bu hələ indi məlum olub.
Onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Sara ekranlarda 1948-ci ildə "Pasxa paradı" filmindəki baş rolu ilə debüt edib. O, "Tarzanın böyük macərası" (1959), "Kral və dörd Kraliça", "Möhtəşəm vəsvəsə", "Bütpərəstliyin nişanəsi" kimi ekran işlərində rol alıb.

Oxşar xəbərlər