Dünya
24-09-2022, 17:49
18 766
Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini işğaldan azad edib
"Ukrayna hərbçiləri sentyabr ayı ərzində artıq 9 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib. Sabitləşdirmə tədbirləri davam edir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib:
"Bu nəzərəçarpacaq nəticə müvəqqəti işğal olunmuş ərazilərdəki xalqımızın bizə kömək etməsi sayəsində əldə olunub. Xahiş edirəm, bu cür yardımların daha çox olması üçün hər şeyi edin”, - Prezident çağırış edib.
O, ukraynalılardan Rusiyaya saxta "referendum” keçirməyə kömək edənlərlə bağlı məlumatları xüsusi xidmət orqanlarına ötürməyi istəyib.