Dünya
24-09-2022, 11:49
17 491
Bir obrazına görə 3 mükafat almış aktrisa vəfat etdi
Amerikalı aktrisa Luiza Fletçer 88 yaşında vəfat edib.
“Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, o, Fransadakı evində dünyasını dəyişib.
Ölümün səbəbi açıqlanmır.
Qeyd edək ki, Fletçer rejissor Miloş Formanın “Ququ quşu yuvasının üzərindən uçarkən” filmindəki tibb bacısı Mildred Retçed obrazı ilə tanınıb. Aktrisa bu roluna görə “Oskar”, “Qızıl qlobus” və “ən yaxşı qadın rolu” nominasiyasında “BAFTA” mükafatlarına layiq görülüb.