Rusiya-Gürcüstan sərhədində 5 500 avtomobil növbə gözləyir
27-09-2022, 12:11
8 780

Rusiya-Gürcüstan sərhədində 5 500 avtomobil növbə gözləyir

Şimali Osetiyada 5500 avtomobil Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.
Bu  barədə TASS məlumat yayıb. 
Bildirilir ki,  respublika ərazisində 3600 minik avtomobili sərhədi keçmək üçün gözləyir. O cümlədən regionda 1900 tranzit ağır yük maşını var, onlardan 600-ü keçid məntəqəsindədir.
Qeyd edək ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb.

Oxşar xəbərlər