Dünya
27-09-2022, 17:01
9 137
Keçmiş vəliəhdin səhhəti həbsxanada pisləşib
Səudiyyə Ərəbistanının keçmiş vəliəhd şahzadəsinin vəziyyəti həbsxanada pisləşib.
"Saudi Leaks" xəbər verir ki, bu barədə bir diplomat məlumat yayıb.
O, şahzadə Məhəmməd bin Naifin sağlamlığının böhranlı həddə olduğunu bildirib.
Diplomatın sözlərinə görə, Bin Naif ev dustaqlığından sonra “əl-Hayər” həbsxanasına köçürülüb. O, diabet və yüksək təzyiqdən əziyyət çəkir. Bundan başqa, 22 kilo çəki itirib. Habelə depressiya və psixi pozğunluqdan əziyyət çəkir.
Məhəmməd bin Naif 2020-ci ilin martında əmisi Əhməd bin Əbdüləzizlə birlikdə vətənə xəyanət ittihamı ilə və Məhəmməd bin Salmanın əmri ilə həbs edilib.