Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov
27-09-2022, 23:39
9 569

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir".
Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb. 

Oxşar xəbərlər