
Dünya
28-09-2022, 13:30
8 500
Dubayda avtomatlardan pulsuz çörək paylanmağa başlanılıb
Dünyanın 25 ən zəngin şəhərindən biri olan Dubayda yaşayış xərclərinin artması ilə əlaqədar olaraq yoxsullar üçün pulsuz çörək aparan maşınlar quraşdırılıb. Buterbrod, pide və ya çörəyi 10 supermarketdə yerləşdirilən avtomatlardan pulsuz almaq olar. Avtomatlardakı kredit kartı oxuyucusu ianələrə icazə verir. Dubay şahzadəsi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun təsis etdiyi vəqf vasitəsilə həyata keçirilən layihənin məqsədi aztəminatlı ailələrə və işçilərə dəstək olmaqdır.