Mövlud Çavuşoğlu: "Türk dünyasındakı həmrəyliyin dərinləşməsinə çalışırıq"
3-10-2022, 20:10
8 787

Mövlud Çavuşoğlu: "Türk dünyasındakı həmrəyliyin dərinləşməsinə çalışırıq"

"Türk dünyasındakı həmrəylik və birliyin daha da dərinləşməsi istiqamətində çalışmağa davam edirik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, 3 oktyabr- Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü münasibətilə türkdilli dövlətləri təbrik edib.
Xatırladaq ki, Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü 2009-cü ildən qeyd olunur. Həmin ilin oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin liderlərinin zirvə görüşü keçirilmişdi.

Oxşar xəbərlər