Rusiyanın bu diyarında çağırışçıların yarısı geri qaytarıldı
3-10-2022, 15:16
7 408

Rusiyanın bu diyarında çağırışçıların yarısı geri qaytarıldı

Rusiyanın Xabarovsk diyarında qismən səfərbərliyə cəlb olunan sakinlərin yarısı evlərinə geri qaytarılıb.
“TASS” xəbər verir ki, bu barədə məlumatı sözügedən bölgənin rəhbəri Mixail Deqtyarev açıqlayıb. 
Sözügedən şəxslərin geri qaytarılmasına səbəb isə onların səfərbərlik kriteriyalarına uyğun gəlməməsi olub. 
O, həmçinin bildirib ki, 10 gün ərzində bölgənin bir neçə min sakini çağırış vərəqəsi əldə edib. 
Bununla yanaşı, Xabarovsk diyarının hərbi komissarı Yuriy Laykonun vəzifəsindən kənarlaşdırılması barədə məlumat yayılıb. Daha sonradan isə onun Maqadan vilayətinin hərbi komissarı təyin olunduğu məlum olub. 
Xatırladaq ki, Rusiyada sentyabrın 21-i qismən səfərbərlik elan olunub.

Oxşar xəbərlər