Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb
3-10-2022, 15:20
7 426

Türkiyə nümayəndə heyətinin Liviyaya səfəri başlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezidentin kommunikasiya idərəsinin rəisi Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Liviyaya səfəri başlayıb.

Bununla bağlı Türkiyə XİN rəhbəri "Twitter" hesabında paylaşım edib.
O, liviyalı həmkarları ilə Tripolidə vacib təmasların olacağını qeyd edib. Nazir Çavuşoğlu əlavə edib ki, ölkəsi Liviyaya və onun xalqına dəstək etməyə davam edəcək.

Oxşar xəbərlər