Finlandiya və İsveç Hərbi Hava qüvvələri birgə təlim keçirir
3-10-2022, 15:22
7 433

Finlandiya və İsveç Hərbi Hava qüvvələri birgə təlim keçirir

Finlandiya Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı "Ruska 22” ("Ruska-2022”, fin dilində "Qızıl payız”) təlimlərinə start verilib.
Bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-dən 8-dək davam edəcək. Təlimlərə 3700 hərbçi, o cümlədən 2400 ehtiyatda olan hərbçi cəlb olunacaq.
Manevrlərdə 50 təyyarə iştirak edəcək: onların əksəriyyəti "F/A-18 Hornet” qırıcıları, həmçinin "Hawk” təlim təyyarələri və nəqliyyat təyyarələridir.
Bundan əlavə, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və bu ölkənin "Saab” şirkətinin "JAS 39 Gripen” qırıcıları təlimdə iştirak edəcək./report

Oxşar xəbərlər