Lavrov ABŞ-ı Hitlerə bənzətdi
3-10-2022, 16:24
7 140

Lavrov ABŞ-ı Hitlerə bənzətdi

"ABŞ Ukraynanı Rusiyaya qarşı müharibə alətinə çevirmək üçün bütün Qərb ölkələrini öz iradəsinə tabe edib".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
Görüş Rusiya parlamentinin aşağı palatasının rəsmi kanalı Rutube-də yayımlanıb.
Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, SSRİ ilə müharibə üçün Avropa ölkələrini “silahlandıran” Üçüncü Reyxin füreri Adolf Hitlerin də əvvəllər eyni hərəkəti olub.
“Bu gün Birləşmiş Ştatlar demək olar ki, bütün kollektiv Qərbi tabe edib, onu Ukraynanı Rusiyaya qarşı mübarizə alətinə çevirmək üçün səfərbər edib. Necə ki, Hitler öz dövründə etdiyi kimi. O, Avropanın əksər ölkələrini Sovet İttifaqına hücum etmək üçün öz cərgəsinə qoşmuşdu”, - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov əlavə edib ki, Hitlerin planları kimi, ABŞ-ın niyyətləri də “başa çatmaq üçün nəzərdə tutulmayıb”.
Bir gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Rusiyanın taktiki nüvə silahından mümkün istifadəsinə ABŞ və müttəfiqlərinin reaksiyasından danışıb. Onun sözlərinə görə, Moskva bu tip sursatlardan istifadə etmək qərarına gələrsə və radiasiya Alyans ölkələrinə nüfuz edərsə, NATO üzvləri Ukraynadakı rus qoşunlarını məhv etməyə və Qara dəniz donanmasını batırmağa hazırdırlar.
 

Oxşar xəbərlər