Aİ Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb
3-10-2022, 17:23
7 225

Aİ Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə yazıb.
Onun sözlərinə görə, bu barədə tərəflər arasında anlaşma memorandumu imzalanıb.
"Bu, müharibədə Ukraynanın qələbəsinə, yenidənqurmaya və Avropanın gələcəyinə dəstək verən Avropa İttifaqının növbəti jestidir”, - Baş nazir bildirib.

Oxşar xəbərlər