Ukraynadakı ruslar bu qış məhv ediləcək - Yevgeni Dikiy
3-10-2022, 18:40
7 417

Ukraynadakı ruslar bu qış məhv ediləcək - Yevgeni Dikiy

Ukraynalı hərbi ekspert Yevgeni Dikiy iddia edir ki, Rusiyada qismən səfərbərlik elan olmasaydı, Ukraynadakı bütün rus qrupu artıq bu qış məhv ediləcəkdi.
Bu barədə o, informasiya telemarafonunun efirində məlumat verib.
Ekspert hesab edir ki, təlim keçməyən kişilərin cəbhə xəttinə köçürülməsi Ukraynanın qələbəsini bir qədər gecikdirdi:
“Bu biokütlə Ukraynada hələ də yaşayan və döyüşən əmək qabiliyyətli ordunu əvəz etmək üçün istifadə olunacaq. Çox pis və keyfiyyətsiz, lakin kəmiyyətcə böyük biokütlənin doldurulması Ukraynadakı rus qrupunun dağılmasını yaza qədər ləngidə bilər. Lakin hesab edirəm ki, bütün bunlar qışda bitəcək”.
Dikiy, həmçinin, Rusiyanın müdafiə sənayesi ilə bağlı kritik vəziyyətdən danışaraq, onun xarici komponentlərdən asılılığına diqqət çəkib.
“İndi Rusiya elə bir vəziyyətə düşüb ki, sanksiyaların təsiri ilə hər şeyi dollarla almaq mümkün deyil”,- o əlavə edib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi 300 minə yaxın insanı cəbhəyə səfərbər etdiklərini açıqlayıb. Ancaq səfərbər olunanların sayının 1 milyona çata biləcəyi ehtimal edilir.
Nəşrin yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidməti olan SBU-nun polkovniki Roman Kostenko bildirir ki, ruslar səfərbər olunmuş hərbçiləri Ukraynanın cənubuna köçürür və onların arasında hazırda ölənlər var.
Hərbi ekspert Oleq Jdanov isə deyir ki, Rusiya Federasiyası Ukraynaya hazırlıqsız çağırışçıları göndərir, çünki cəbhədə əsgərlərlə bağlı fəlakətli vəziyyət var. 

Oxşar xəbərlər