Dünya
4-10-2022, 10:40
1 118
Kabildə terror aktı: 53 ÖLÜ
Əfqanıstanın paytaxtı Kabildə kamikadzenin təhsil mərkəzinə hücumu nəticəsində 53 nəfər ölüb, 110 nəfər yaralanıb.
Bu barədə BMT-nin Əfqanıstandakı missiyası bəyanat yayıb.
"Kabilin Həzara rayonundakı təhsil müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı daha da artıb: 53 nəfər ölüb, onlardan ən azı 46-sı qız və gənc qadındır, 110-u yaralanıb", - BMT bildirib.
Xatırladaq ki, sentyabrın 29-da Kabilin qərbində bir çox tələbənin imtahana hazırlaşdığı tədris mərkəzinin binasında kamikadze özünü partladıb. Hələlik heç kim terror aktına görə məsuliyyəti üzərinə götürməyib.