Qazaxıstan Rusiyanın bu tələbini rədd etdi
5-10-2022, 14:36
7 525

Qazaxıstan Rusiyanın bu tələbini rədd etdi

Qazaxıstan hakimiyyəti Rusiyanın mümkün qədər çox rusun öldürülməsinə çağıran Ukrayna səfiri Pyotr Vrublevskinin ölkədən çıxarılması tələbini rədd edib. 
Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb. 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Astana Vrublevskini mümkün qədər tez ölkədən çıxaracağına söz verib, lakin buna əməl etməyib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib ki, Zaxarovanın tonu bərabər strateji tərəfdaşlar kimi Qazaxıstan və Rusiya Federasiyası arasında müttəfiqlik münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir.
Smadiyarov əlavə edib ki, Vrublevski Ukraynanın yeni səfiri təyin olunanda Qazaxıstanı tərk edəcək.

Oxşar xəbərlər