Türkiyədə yaşayış binası çökdü, insanlar dağıntılar altında qaldılar - VİDEO
5-10-2022, 14:49
7 468

Türkiyədə yaşayış binası çökdü, insanlar dağıntılar altında qaldılar - VİDEO

Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında təbii qaz partlayışı baş verib.
Səlahiyyətlilər dağıntılar altında insanların qaldıqlarını bildiriblər.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.
Dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxın xəstəxanalara aparılıb. Aydilge adlı kiçik qız xilas edilib. Onun valideynləri xəstəxanaya yerləşdiriliblər.

Mənbə: İHA

Oxşar xəbərlər