Rus hərbçilər qiyama qalxdı -  VİDEO
6-10-2022, 14:38
7 600

Rus hərbçilər qiyama qalxdı - VİDEO

Sosial şəbəkələrdə səfərbərliyə cəlb olunan bir qrup rus hərbçisinin etirazını əks etdirən görüntülər yayılıb.
“AzPolitika.info” xəbər verir ki, paylaşılan görüntülərə əsasən, rusiyalı çağırışçılar Belqorod vilayətinə qatarla gəldikdən sonra acınacaqlı vəziyyətlə üzləşdikərini bildirirlər.
Hərbçilərdən biri kameraya yaxınlaşaraq bunları deyir: “Burada təxminən 500 nəfər var, hamımız silahlıyıq. Ancaq biz heç bir hərbi hissədə qeydiyyatda deyilik. Biz bu bir həftəni tamamilə dəhşətli şəraitdə keçirmişik. Nə azuqəmiz, nə pulumuz var idi - ümumiyyətlə, heç nə. Kimin hara, hansı hərbi hissəyə getdiyi barədə heç bir məlumatımız yoxdur. Silahlarımız belə bizim adımıza qeydiyyatda deyil. Bu, hərbi biletimizdə də qeydə alınmayıb. Zabitlər bizə mal-qara kimi yanaşırlar. Bizə heç kimə lazım deyilik, keçirilən təlimlər sıfıra bərabərdir. Öz pulumuza aldığımız yeməklə qidalanırıq”
Qeyd edək ki, “RİA Novosti”nin dövlət mediasına istinadən verdiyi məlumata görə, hərbi mənbə bu şəxslərin birbaşa döyüşə yox, təlimə getdiyini iddia edib və hər hansı problemin olmadığını bildirib.

Oxşar xəbərlər