Türkiyə İsrailə səfir təyin etdi
6-10-2022, 15:10
7 508

Türkiyə İsrailə səfir təyin etdi

Türkiyə Şahin Özkan Torunları İsrailə səfir təyin edib.
“Habertürk” xəbər verir ki, bu barədə diplomatik mənbədən bildirilib.
2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub. Münasibətlərin istiləşməsinin əlaməti olaraq İsrail Prezidenti İsaak Hersoq 2022-ci ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.
Avqustun 17-də isə İsrailin Baş naziri Yair Lapidin ofisi İsrail və Türkiyə arasında diplomatik münasibətləri tam bərpa etmək və səfir təyin etmək barədə qərarı qəbul edildiyini açıqlayıb.
Bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin edilib.

Oxşar xəbərlər