Ukraynada Rusiya tərəfdən döyüşən erməniəsilli komandir məhv edildi - Foto
8-10-2022, 10:35
17 468

Ukraynada Rusiya tərəfdən döyüşən erməniəsilli komandir məhv edildi - Foto

Ukrayna müharibəsində Rusiya qoşunlarının tərkibində döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan məhv edilib. 
“Report” xəbər verir ki, bunu “senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov feysbukda yazıb.
O bildirib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.
X.Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper rotasının komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib. 

Oxşar xəbərlər