Krım körpüsündə partladılan yük maşınının azərbaycanlı sahibi danışdı - VİDEO
10-10-2022, 18:05
7 474

Krım körpüsündə partladılan yük maşınının azərbaycanlı sahibi danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə partlayış baş verib. 
Xarici KİV xəbər verir ki, Krım körpüsündə partlayan yük maşınının əslən azərbaycanlı olan sahibi videomüraciət yazıb.
Səs yazısında Samir Yusubov adlı gənc deyir ki, sənədlərə görə yük maşınının sahibi odur, ancaq yük maşınını atasının əmisi oğlu Mahir Yusubov iş üçün istifadə edib.
Videodakı şəxs “Mənim, Samir Yusubovun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur” deyib.
Daha sonra o bildirib ki, Mahir Yusubov bütün həyatı boyu yükdaşıma ilə məşğul olub, o yükü sayt vasitəsilə aparırmış.
Məlumatına görə, Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrələrin daşınması sifarişini alıb. Yəqin ki, kişi hansı yükü daşıdığını bilmirdi və bu işi kor-koranə şəkildə qəbul edib.
Qeyd edək ki, Krım körpüsündə yanğın oktyabrın 8-də səhər saat 6 radələrində baş verib. Yol ötürücüsünün hissələrinin birində yanacaq dolu çən yanıb. Yanğının yük maşınının partlamasından sonra başladığını bildirib. Əvvəlcə 3 nəfər ölüb, sonra isə qurbanların sayı 5 nəfərə çatıb.







Oxşar xəbərlər