Türkiyə və Rusiya liderləri Ukraynadakı müharibəni müzakirə etməyib
13-10-2022, 16:20
6 874

Türkiyə və Rusiya liderləri Ukraynadakı müharibəni müzakirə etməyib

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada keçirilən görüşdə Rusiya-Ukrayna mövzusuna toxunmayıblar.
Bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 
"Rusiya-Ukrayna nizamlanması mövzusu müzakirə olunmayıb", - Kreml sözçüsü bildirib.
Eyni zamanda, Rusiya liderinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Kreml görüşdə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün təşəbbüslər təqdim edəcəyini  gözləyir.

Oxşar xəbərlər