Səudiyyə Ərəbistanı Ukraynaya humanitar yardım göndərəcək
17-10-2022, 11:13
1 548

Səudiyyə Ərəbistanı Ukraynaya humanitar yardım göndərəcək

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.

Xarici KİV xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib.
Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.

Oxşar xəbərlər