Daha bir KA-52 helikopter VURULDU
19-10-2022, 13:59
1 270

Daha bir KA-52 helikopter VURULDU

Oktyabrın 19-da səhər saatlarında Xerson vilayətində zenit silahları Rusiyaya məxsus KA-52 hücum helikopterini vurub.
Bu barədə Ukrayna “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
"Oktyabrın 19-da saat 10:30 radələrində Xerson vilayətinin Berislav rayonunda “Cənub” hava komandanlığının “Xerson” zenit-raket briqadasının bölməsi işğalçıların “Ka-52” hücum helikopterini vurub", -  mesajında deyilir.

Oxşar xəbərlər