Batumidə restorana silahlı hücum oldu
19-10-2022, 14:51
1 396

Batumidə restorana silahlı hücum oldu

Gürcüstanın  Batumi şəhərində restoranların birində silahlı atışma olub. 
Xarici KİV xəbər verir ki, qırmızı rəngli geyimdə olan naməlum şəxs restorana girərək, atəş açmağa başlayıb. İnsident nəticəsində 19 yaşlı gənc dünyasını dəyişib,  daha 3 nəfər isə yaralanıb. Yaralananlardan ikisi əcnəbi, biri isə Gürcüstan vətəndaşıdır.
Silahlı şəxs qısa zamanda polis tərəfindən saxlanılaraq, bölməyə aparılıb. Onun hansı səbəbdən hadisəni törətdiyi məlum deyil.

Oxşar xəbərlər