Rusiya Ukraynada 428 uşağı qətlə yetirib
20-10-2022, 10:37
1 148

Rusiya Ukraynada 428 uşağı qətlə yetirib

Rusiya ordusu Ukraynada 428 uşağı öldürüb, 817 nəfəri yaralayıb.
Bu barədə Ukrayna Baş Prokurorluğunun  mətbuat xidməti  məlumat yayıb. 
"20 oktyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1245-dən çox uşaq xəsarət alıb. 428 uşaq ölüb, 817-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - məlumatda deyilir.

Oxşar xəbərlər