Dünya
20-10-2022, 10:47
1 204
Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı
Çanaqqala (Dardanel) boğazı qatı duman səbəbilə 20 oktyabr səhər saatlarında hər iki istiqamətdə tranzit gəmilər üçün bağlanıb.
Türkiyə KİV-ləri xəbər verir ki, Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri Müdirliyi tərəfindən şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına radio ilə xəbərdarlıq edildiyi və boğazın iki istiqamətli tranzit gəmilərə bağlandığı açıqlanıb.
Dumanın təsirinin azalmasından sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.