Conson yenidən Britaniyanın Baş naziri postuna namizəd olacaq
20-10-2022, 18:35
6 854

Conson yenidən Britaniyanın Baş naziri postuna namizəd olacaq

Əvvəllər Britaniya hökumətinə rəhbərlik etmiş Boris Conson Liz Trassun istefasından sonra yenidən Baş nazir postu uğrunda mübarizə aparmaq niyyətindədir.
Bu barədə "The Times" məlumat yayıb. 
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri oktyabrın 20-də istefasını təsdiqləyib. Trass ona həvalə edilmiş mandatının öhdəsindən gəlmədiyini etiraf edib. 
Britaniya bukmeker kontorlarının fikrincə, Britaniya Xəzinədarlığının keçmiş rəhbəri və son seçkilərdə Liz Trassın əsas rəqibi Rişi Sunak ölkənin yeni Baş naziri olmaq üçün əsas namizədlərdən biridir.

Oxşar xəbərlər