Semyon Peqovun xəstəxanadan ilk FOTOSU - YENİLƏNİB
24-10-2022, 11:11
1 263

Semyon Peqovun xəstəxanadan ilk FOTOSU - YENİLƏNİB

Donetskdə Lepestok piyada əleyhinə minanın partlaması nəticəsində xəstəxanaya yerləşdirilən ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqovun fotosu yayılıb. 
Bu  barədə "WarGonzo" layihəsinin tviter hesabı paylşaım edib. 
***21:00
Rusiyalı hərbi müxbir Semyon Peqov Donetskdə Lepestok piyada əleyhinə minanın partlaması nəticəsində xəstəxanaya yerləşdirilib.
Bu barədə Luqansk Xalq Respublikasının Moskvadakı nümayəndəliyinin rəhbəri Rodion Miroşnik öz Telegram kanalında məlumat verib .
"Semyon Peqov Donetskdə "Petal" minasının partlaması nəticəsində xəsarət alıb" - məlumatda deyilir.
Onun sözlərinə görə, jurnalistin iki barmağı sınıb, ayağında kəsiklər var.
"Həyata heç bir təhlükə yoxdur" deyən Miroşnik hərbi jurnalistə " vəziyyətinin ağır olmadığını bildirib.
20:02
Rusiyalı hərbi jurnalist Semyon Peqov ayağından yaralanıb.
O, mina partlaması  nəticəsində qəlpə yarası alıb.
Semyon Peqov Donetskin Respublika Travma Mərkəzinə (RTU) yerləşdirilib. 
"Onun mina partlayıcısı xəsarəti var, ayağı zədələnib", - RTU bildirib.
Onlar əlavə ediblər ki, jurnalist yaxın saatlarda əməliyyat olunacaq. Onun vəziyyəti orta ağır qiymətləndirilir. 
Xatırladaq ki, Qarabağ müharibəsi zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.



Oxşar xəbərlər