Qovulan işçilər, yoxsa Maskın növbəti zarafatı?
29-10-2022, 14:35
18 941

Qovulan işçilər, yoxsa Maskın növbəti zarafatı?

ABŞ-də “Twitter”in binasının qarşısında əllərində qutular olan və özlərini şirkətin işdən qovulmuş işçiləri kimi təqdim edən insanlar jurnalistlərə qəribə açıqlamalar veriblər.
Bu barədə “Verge” kadrlar yayıb.
Videoda “işdən çıxarılan” əməkdaşlardan biri özünü Rahul Liqma kimi təqdim edir.
Lakin nəşr bu adın “Slack Twitter” mesajlaşma xidməti və elektron poçt sistemində olmadığını təsdiqləyib.
Materialda qeyd olunur ki, “Liqma” adı vulqar internet zarafatına işarə ola bilər.
Şirkətin işdən çıxarıldığı iddia edilən əməkdaşlarından biri öz açıqlamasında qeyd edib ki, əgər Mask 2008-ci ildə “Twitter”ə sahib olsaydı, Barak Obama prezident, Mişel Obama isə birinci xanım olmazdılar.
İlon Maskın özü bu faktı təsdiq və ya təkzib etməsə də, işdən çıxarıldığı iddia edilən iki əməkdaşın fotolarını sosial hesabında yerləşdirib.
Qeyd edək ki, bir müddət əvvəl İlon Maskın “Twitter”i satın almasından sonra şirkətdə ixtisarların başladığı barədə məlumatlar yayılıb. Bildirilir ki, Mask sövdələşmə bağlandıqdan dərhal sonra iş yerlərini ixtisar etməyə başlayıb, icraçı direktor Paraq Aqraval, maliyyə direktoru Ned Seqal və digərləri işdən azad ediliblər. Bundan başqa, məlum olub ki, bəzi əməkdaşlar noyabrın 2-nə planlaşdırılan görüşə dəvət almayıb. Lakin cümə axşamı o, kütləvi ixtisarların olmayacağını şəxsən bildirib.
Xatırladaq ki, oktyabrın 28-də İlon Mask “Twitter”in yeni sahibi kimi ilk paylaşımını edib və sövdələşməni “quş azadlıqdadır” kimi təsvir edib.




Oxşar xəbərlər