Toqquşan qalaktikaların şəkli çəkildi
29-10-2022, 15:00
18 962

Toqquşan qalaktikaların şəkli çəkildi

“James Webb” teleskopu toqquşan iki qalaktikanın fotosunu çəkib. 
“France-24” xəbər verir ki, fotoları Avropa Kosmik Agentliyi paylaşıb. Hadisə Yerdən 270 milyon işıq ili uzaqlıqda baş verib. 
Eyni qalaktikaların toqquşması əvvəllər “Hubble” kosmik teleskopu ilə müşahidə edilmişdi. Bununla belə, daha qabaqcıl texnologiya ilə təchiz edilmiş “James Webb” teleskopunun təsvirləri daha aydındır. NASA-nın məlumatına görə, iki qalaktikanın toqquşması Süd Yolu qalaktikasındakı bütün ulduzlardan 20 dəfə çox ulduz yaradır.

Oxşar xəbərlər