İlon Mask abunəçiləri arasında sorğu keçirdi: Əfsanəvi proqram geri qayıdır?
31-10-2022, 17:44
6 793

İlon Mask abunəçiləri arasında sorğu keçirdi: Əfsanəvi proqram geri qayıdır?

“Twitter”in yeni sahibi İlon Mask abunəçiləri arasında sorğu keçirib.
Abunəçilər qısa videoları yükləməyə imkan verən və 2016-cı ildə fəaliyyətini dayandıran “Vine” proqramının bərpa edilib-edilməməsi ilə bağlı sualları cavablandırıblar.  
Sorğuda 1,2 milyondan çox insan iştirak edib. Abunəçilərin 71,3%-i “Vine” proqramının bərpasının lehinə, 28,7%-i isə əleyhinə səs verib.
Sahibkar həmçinin servisin “TikTok”u üstələməsi üçün nə kimi addımlar atmaqla bağlı sorğu-sual aparıb. 
Mənbə: TASS “Telegram”

Oxşar xəbərlər