ABŞ-dan Avropaya aviadaşıyıcı zərbə qrupu gəlir
31-10-2022, 18:31
6 965

ABŞ-dan Avropaya aviadaşıyıcı zərbə qrupu gəlir

ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu noyabrın ortalarında Avropaya gələcək.
Qrupa “USS Gerald Ford” təyyarədaşıyan gəmisi başçılıq edəcək.
Bu barədə Böyük Britaniyanın “Defence” jurnalı məlumat verib.
Gəmilər İngiltərənin cənubundakı Portsmutdakı bazada lövbər salacaqlar.
Təyyarədaşıyan gəminin göyərtəsində ən son F-35C qırıcıları da daxil olmaqla 90 təyyarə və helikopter var.
“USS Gerald Ford” ilə birlikdə Böyük Britaniyaya bir neçə esmines, raket kreyseri və nüvə hücum sualtı qayığı da gələcək.
Mənbə: Rbc.ua

Oxşar xəbərlər