Çikaqoda “Halloween” gecəsi atışma: Çox sayda yaralı var
1-11-2022, 10:33
1 455

Çikaqoda “Halloween” gecəsi atışma: Çox sayda yaralı var

ABŞ-nin Çikaqo (İllinoys ştatı) şəhərində “Halloween” bayramı zamanı atışma nəticəsində azı 14 nəfər yaralanıb.
Bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları zərərçəkənlərin vəziyyəti barədə məlumat verməyib. 11 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə azı 10 təcili yardım maşını göndərilib. Polis hadisənin başvermə şəraitini araşdırır.


Oxşar xəbərlər