Klinton Trampı məhkəməyə verdi
1-11-2022, 11:46
1 767

Klinton Trampı məhkəməyə verdi

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton keçmiş prezident Donald Trampdan 1,06 milyon dollar təzminat almaq üçün məhkəməyə müraciət edib.
Xarici KİV xəbər verir ki, Tramp Klintonu 2016-cı il prezident seçkisinin nəticələrinə təsir etmək cəhdində ittiham edib.
Siyasətçi Trampın iddiası nəticəsində özünün, 2016-cı ildə təbliğat aparanların və bir sıra digər şəxslərin çəkdiyi məhkəmə xərclərinin kompensasiyası kimi yuxarıda göstərilən məbləğin müsadirə olunmasını istəyir.
Trampın vəkillərindən biri Klintonun müraciətinin təxribat xarakterli ittiham olduğunu bildirib.

Oxşar xəbərlər