"Səfərbər edilmişlərdən 87 mini Ukraynaya göndərilib" - Şoyqu
1-11-2022, 15:04
7 154

"Səfərbər edilmişlərdən 87 mini Ukraynaya göndərilib" - Şoyqu

"Qismən səfərbərlik çərçivəsində çağırılan 300 min nəfərdən 87 min nəfəri döyüş bölgələrinə göndərilib2. 
Gazeta.ru xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 
Onun sözlərinə görə,  səfərbər olunanlarla xüsusi hərbi əməliyyatda döyüş təcrübəsi almış 3000-ə yaxın təlimatçı işləyir.
"Təlim poliqonlarında yaradılan bölmələrin döyüş uzlaşması tamamlanır. Əsas səylər səhra hazırlığına, rabitə vasitələrindən istifadə bacarığına, naviqasiyaya və kəşfiyyata yönəlib”, - Şoyqu bildirib.

Oxşar xəbərlər