Ermənilər daha bir mahnımızı oğurladılar
2-11-2022, 18:59
9 584

Ermənilər daha bir mahnımızı oğurladılar

Daha bir mahnımız ermənilər tərəfindən oğurlanıb.
“Qaynarinfo” xəbər verir ki, bu dəfə oğurlanan isə sözləri İslam Səfərliyə, musiqisi Cahangir Cahangirova məxsus “Zərif gülüşlüm” mahnısıdır.
Mahnını erməni müğənnilər Harout Pamboukjian və Seda duet şəklində ifa edərək klip çəkdiriblər.
Qeyd edək ki, “Zərif gülüşlüm” mahnısını İslam Rzayev, Şövkət Ələkbərova ilə yanaşı, bir çox sənətçilərimiz də səsləndiriblər.

Oxşar xəbərlər