BMT-nin Baş katibi: “Bu il dünyada 70-dən çox jurnalist öldürülüb”
2-11-2022, 14:06
1 294

BMT-nin Baş katibi: “Bu il dünyada 70-dən çox jurnalist öldürülüb”

"Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb”. 
Bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır. "Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”, - Baş katib vurğulayıb. /report

Oxşar xəbərlər