Andrey Spinu: “Moldova elektrik enerjisinin yalnız Rusiyadan gələ biləcəyi barədə mifin üstündən xətt çəkib”
3-11-2022, 18:53
6 757

Andrey Spinu: “Moldova elektrik enerjisinin yalnız Rusiyadan gələ biləcəyi barədə mifin üstündən xətt çəkib”

Moldova tarixdə ilk dəfə olaraq qərbdən şərqə revers rejimində təbii qaz idxal edib.
Bu barədə Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu “Telegram” hesabında məlumat verib.
Onun sözlərinə görə, “Energocom” 5,6 milyon kubmetr qaz alıb və bu qaz Slovakiyanın Ukrayna ilə sərhədində yerləşən “Budniki” tədarük məntəqəsi vasitəsilə idxal edilib.
“Moldova Respublikası ilk dəfə təbii qazı qərbdən şərqə revers rejimi vasitəsilə idxal edib və bununla da təbii qaz və elektrik enerjisinin yalnız Rusiya Federasiyasından gələ biləcəyi barədə mifin üstündən xətt çəkib”, - deyə Spinu bildirib.
O qeyd edib ki, alınan qaz “Energocom”un bu qış Moldovanı təmin etmək üçün yaratdığı ehtiyatları tamamlayır və ölkənin enerji müstəqilliyinə töhfə verir.
Moldovada təbii qazın hazırkı ehtiyatları 157 milyon kubmetrə çatıb.
Bu həftənin əvvəlində məlum olub ki, Rusiyanın “Qazprom” şirkəti noyabrda Moldovaya qaz tədarükünü 50% - sutkada 5,7 milyon kubmetrə qədər azaldıb.
Mənbə: Korrespondent

Oxşar xəbərlər