Şolts Pekində Si Cinpinlə görüşdü
4-11-2022, 10:34
1 022

Şolts Pekində Si Cinpinlə görüşdü

Noyabrın 4-də Çinin sədri Si Cinpin Pekində Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Xarici KİV xəbər verir  ki, bu  barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Siz Çin Kommunist Partiyasının 20-ci Qurultayından sonra Çinə səfər edən ilk Avropa liderisiniz", - deyə  Cinpin Şoltsala görüşündə deyib. 
"2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının düz 50 ili tamam olur", -  Çin prezidenti əlavə edib. 
Bundan əlavə, o, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər