Elton Con yenilik etdi
4-11-2022, 13:04
1 316

Elton Con yenilik etdi

Britaniyalı müğənni Elton Con Roblox oyununda öz virtual dünyasını hazırlayıb. 
Bu barədə “NME” məlumat yayıb. Qeyd olunur ki, oyunda Conun hitlərinə əsaslanan interaktiv tapşırıqlar və viktorina daxildir. Həmçinin, orada sənətçinin obrazlarından ilhamlanan kolleksiya da təqdim olunacaq. Fanatlar öz avatarlarında tam geyimləri və ya Elton Conun qarderobundan fərdi əşyaları sınaya biləcəklər.
Eyni zamanda, virtual aləmdə sənətçinin sevimli bəstələrindən ibarət 10 dəqiqəlik Elton Con konserti keçiriləcək. Tamaşa noyabrın 17-də baş tutacaq və noyabrın 20-dək hər saatdan bir təkrarlanacaq.

Oxşar xəbərlər