Ərdoğan Putinlə razılığa gəldi
4-11-2022, 13:09
1 374

Ərdoğan Putinlə razılığa gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə yeni razılaşma əldə olunduğunu açıqlayıb. 
İki ölkə liderləri ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü haqqında razılığa gəliblər.
Ərdoğan əlavə edib ki, o, 2022-ci il noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Afrika ölkələrinə ərzaq təminatı məsələsini qaldırmağı planlaşdırır. 

Oxşar xəbərlər