III Çarlz və Diananın boşanmasının SƏBƏBLƏRİ AÇIQLANDI
4-11-2022, 17:44
6 823

III Çarlz və Diananın boşanmasının SƏBƏBLƏRİ AÇIQLANDI

Kralın bioqrafı Kristofer Andersen noyabrın 8-də işıq üzü görəcək “Kral: III Çarlzın həyatı” adlı yeni kitabında mərhum şahzadə Diana ilə III Çarlzın evliliyinin dağılmasının səbəblərini açıqlayıb.
Xarici KİV-in məlumatına görə, Andersen iddia edir ki, Diana “Highgrove House”dakı bağ evində ərini sözün əsl mənasında "koridorlarda, pilləkənlərdə və otaqdan-otağa" izləyib.
İddialara görə, buna səbəb Çarlzın Dianaya qarşı heç bir cinsi istək göstərməməsidir. Diana 1984-cü ildə Şahzadə Harrinin doğulmasından bu yana birtərəfli qaydada cinsi əlaqəni kəsən əri Çarlza "Niyə mənimlə yatmaq istəmirsən?" deyə soruşub. Çarlzın guya kinayəli cavabı belə olub: "Bilmirəm, canım. Düşünürəm ki, gey ola bilərəm".
Anderson kitabında həmçinin yazır ki, şahzadə qızğın mübahisə zamanı uşaqcasına onun bu vəziyyətinə hörmət edilməsini tələb edib. Eyni zamanda, Dianaya onun kim olduğunu xatırladıb.
Qeyd edək ki, Çarlz və Diana 1981-ci ildə evləniblər. 1992-ci ildə ayrılmaq qərarına gəliblər və 1996-cı ildə rəsmi olaraq boşanıblar. Cəmi bir il sonra şahzadə Diana 36 yaşında avtomobil qəzasında faciəvi şəkildə ölüb.

Oxşar xəbərlər