İranda imam məscidin qarşısında GÜLLƏLƏNDİ
4-11-2022, 18:38
6 876

İranda imam məscidin qarşısında GÜLLƏLƏNDİ

İranda imam məscidin qarşısında güllələnib.
İranın Zahedan şəhər məscidinin imamı Höccətülislam Səccad Şəhrəki silahlı hücuma məruz qalıb. Bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri bildirib.
Onun yerli mətbuata verdiyi məlumata görə, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib.
Üzləri bağlı olan iki nəfər “Prayd” markalı avtomobillə məscidin qarşısında imamı gözləyiblər. İmam məsciddən çıxarkən güllələnib. O, başından və sinəsindən aldığı güllə yarasından yerində keçinib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər