411 gün koronavirusdan əziyyət çəkən şəxs sağaldı
4-11-2022, 18:49
6 858

411 gün koronavirusdan əziyyət çəkən şəxs sağaldı

Covid-19-dan 411 gün əziyyət çəkən şəxs sağalıb.

Xarici media xəbər verir ki, İngiltərədə ən uzun koronavirusa yoluxan və 411 gündür sağalmayan 59 yaşlı kişinin testi nəhayət ki, neqativ çıxıb.

Mütəxəssislər onun böyrək transplantasiyası səbəbiylə immun sisteminin zəiflədiyini, dərman qarışıqları sayəsində 411 günün sonunda xəstəlikdən xilas olduğunu bildiriblər.

Həkimlər kişinin daşıdığı virus ştammının genetikasını təhlil edərək onun davam edən infeksiyasını müəyyən ediblər. Bundan dərhal sonra xəstəyə zərərsizləşdirici dərmanlar verilib.

İngiltərədəki xəstənin ilk dəfə 2020-ci ilin dekabrında test verdiyi və bütün testlərinin 2022-ci ilə qədər müsbət olduğu bildirilib.

Oxşar xəbərlər